Dieqo Forlan Hindistan klubunda

Uruqvay millisinin sabiq üzvü Dieqo Forlanın yeni komandasının adına aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu karyerasını Hindistanda davam etdirəcək. 
 
Belə ki, təcrübəli forvard "Mumbay Siti” klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi sosial şəbəkəsində məlumat verilib.  Forlanın yeni klubu ilə 1 illik müqavilə imzaladığı bildirilib. 
 
Qeyd edək ki, Son klubu "Penarol” olan Forlan karyerası ərzində "Mançester Yunayted”, "Vilyarreal”, "Atletiko” və "İnter” kimi məşhur komandalarda forma geyinib. O, Uruqvay millisinin heyətində 112 oyunda 36 dəfə fərqlənməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right