Pirlo “Mançester Yunayted”i ağılsız adlandırdı: “Çox gülmüşdük”

İtaliya futbolunun canlı əfsanəsi, hal-hazırda ABŞ-ın "Nyu York Siti” komandasının şərəfini qoruyan Andrea Pirlo maraqlı açıqlama verib. 
 

Newsport.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi sabiq komandası "Yuventus”un futbolçusu Paul Poqbanın 105 milyon avro qarşılığında "Mançester Yunayted”ə transfer olunmasına münasibət bildirib. O bildirib ki, "Mançester Yunayted” bir neçə il öncə Poqbanı "Yuventus”a satmaqda böyük səhv edib: 
 
"Poqba komandamızda ilk məşqinə çıxanda çox gülmüşdük. Gülmüşdük, çünki "Mançester Yuanyted”in belə bir istedadı olan futbolçunu pulsuz buraxmasına inana bilmirdik. Mənim fikrimcə, "Yuve” hələ də bu duruma gülür”. 
 
Pirlo "Mançester Yunayted”in bu mövsüm çox iddialı olduğunu da vurğulayıb. Onun fikrincə, "Mançester Yunayted” bu mövsüm çempionluğa ən iddialı komandalardan biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right