Almaniyanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının və Dortmundun "Borussiya” klubunun üzvü Moriç Laytner karyerasını İtaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi "Latzio” klubuna keçib. Bu barədə məlumatı "Borussiya”nın rəsmi saytı yayıb. Futbolçunun transferinin digər detalları barədə məlumatı isə Roma təmsilçisi tərəfindən veriləcəyi bildirilib.
Qeyd edək ki, Laytner 2011-ci ildən "Borussiya”da çıxış edir. O, icarə əsasında "Auqusburq” və "Ştuttqart” kimi komandalarda da oynayıb.