Argentina millisinin üzvü Qonzalo İquainin "Napoli”dən "Yuventus”a 90 milyon avro müqabilində transfer olunması dünyanın gündəmindən düşmür.
Newsport.az-ın məlumatına görə, hücumçunun "Yuve"nin heyətində meydana çıxdığı ilk yoxlama görüşündə çəkisinin artıq olması birmənalı qarşılanmayıb.
Milli komandamızın baş məşqçisi Robert Prosineçki də forvardın son görüntüsü barədə açıqlama verib."Real" və "Barselona"nın sabiq futbolçusu "goal.com" saytına açıqlamasında hücumçunun həddindən artıq kök olduğunu deyib: "İquaini görəndə şoka düşdüm. O, hətta məndən də kök görünür. "Yuventus” futbolçuya görə 90 milyon avro xərc çəkib. Onlar bu qiymətə sanki kiçik donuz alıblar”.
Qeyd edək ki, Qonzalo İquain ötən mövsüm "Napoli”nin heyətində A seriyasında 39 oyunda 36 qola imza atmışdı.