Dünyanın ən bahalı transferi rəsmiləşdi!

"Yuventus”un futbolçusu Pol Poqbanın İngiltərənin "Mançester Yunayted” klubuna keçidi reallaşıb.
Newsport.az-ın məlumatına  görə, Fransa millisinin üzvü köhnə-yeni komandası ilə münasibətlərini bu gün rəsmiləşdirib.  Gənc futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu barədə "Mançester Yunayted”in rəsmi saytında məlumat yer alıb.
 
İngiltərə klubu Poqba üçün İtaliya klubuna 105 milyon avro ödəyib ki, bu, dünyanın ən bahalı transferi deməkdir.
Qeyd edək ki, bu günə qədər "Real”ın ulduzu Qaret Beyl dünyanın ən bahalı futbolçusu idi. Beyl "Tottenhem”dən 100 milyon avro qarşılığında "Real”a keçmişdi.

Onu da xatırladaq ki, Poqba 2011-12-ci illərdə "Mançester Yuanyted”də top qovmuşdu və daha sonra "Yuve”yə transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right