Beynəlxalq Bank “Yuventus”la əməkdaşlığa başlayır

Azərbaycan Beynəlxalq Bankı İtaliyanın "Yuventus" klubu ilə əməkdaşlığa başlayır.
Newsport.az-ın  məlumatına görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.
İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. "İnter Arena"nın bazasında "Yuventus" Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter" Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə "Yuventus" brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək. Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right