"Barselona”nın futbolçusu Tomas Vermanlen karyerasını İtaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Belçika millisinin üzvü "Roma” ilə anlaşıb.
Bu barədə məlumatı Katoloniya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı müdafiəçi cari mövsümü icarə əsasında paytaxt klubunda keçirəcək.
Qeyd edək ki, Vermalen 2014-cü ildə "Arsenal”dan "Barsa”ya transfer olunub. O, komandanın heyətində 11 matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb. Vermalen "Arsenal” və "Barselona”dan əvvəl "Ayaks” və "Valbiyk” kimi komandalarda çıxış edib.