Milanın "İnter” klubu baş məşqçisi Roberto Mançini ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliyan mütəxəssisin qovulmasına səbəb isə komandanın həddindən artıq aşağı səviyyədə çıxış etməsidi. Belə ki, "İnter” bir neçə gün öncə hazırlıq matçında İngiltərənin "Tottenhem” klubuna 6-1 hesabıyla məğlub olub. Bu biabırçı məğlubiyyətdən sonra rəhbərlik təcrübəli mütəxəssisin qovulması barədə qərar qəbul edib.
Bununla da, "İnter” 3 milyon avro ziyana düşüb. Mançini müqaviləsi başa çatmamış qovulduğu üçün sözügedən məbləği təzminat şəkilində əldə edəcək.
Artıq İtaliya mətbuatı "İnter”in yeni baş məşqçisinin adını ada açıqlayıb. Bildirilir ki, "İnter”rəhbərliyi hollandiyalı Frank de Burla böyük ölçüdə anlaşıb.