Argentinanın "Lanus”klubunun futbolçusu Qustavo Qomez karyerasını İtaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Paraqvay millisinin üzvü "Milan” klubu ilə anlaşıb.
İtaliya mətbuatı iddia edir ki, 23 yaşlı futbolçu sabah milanlılarla münasibətlərini rəsmiləşdirəcək. Bildirilir ki, Qomez yeni klubu iləı 4 illik müqavilə imzalayacaq. Mərkəz müdafiəçisi yeni klubunda "2” nömrəli forma altında mübarizə aparacaq.
Qeyd edək ki, Qomez daha əvvəl "Libertad” və "Lanus” kimi komandalarda forma geyinib. O, Paraqvay millisinin heyətində 16 matçda iştirak edib.