Bugünlərdə "Milan”ı Fransanın "Bordo” klubuna dəyişən Ceremi Menez ciddi xəsarət alıb.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun qulağının bir hissəsi qopub.
Belə ki, hadisə "Loryen”ə qarşı keçirilən yoxlama matçında baş verib. Menezin qulağı rəqib futbolçunun ayaqları altında qalıb və deformasiyaya uğrayıb.