“Napoli” İquaynın yerini 22 yaşlı futbolçu ilə gücləndirdi

İtaliyanın "Napoli” klubu Qonzalo İquaynın gedişindən sonra hücumda yaranan boşluğu doldurmağı bacarıb.

Newsport.az-ın məlumatına görə, Neapol təmsilçisi Polşa millisinin üzvü Arkadiuş Miliki rənglərinə bağlayıb. 
 
Bu barədə məlumatı komandanın prezidenti Aurelio de Laurentiis məlumat verib. Klub başkanı şəxsi "twitter” hesabı vasitəsiylə məlumat verib. O, sosial şəbəkədəki hesabı vasitəsiylə Milikə xoş gəldin mesajı verib. 
 
Qeyd edək ki, Milikin son klubu Hollandiya "Ayaks”I olub. Fransada təşkil olunan Avropa Çempionatında Polşa millisinin heyətində forma şansı qazanan Milik karyerası ərzində "Bayer” və "Auqusburq”  kimi məşhur komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right