İtaliyanın Neapol şəhərində yerləşən "Pizza Show” şirkəti maraqlı qərar qəbul edib.
Newsport.az saytının məlumatına görə, şirkət hazırladığı pizzaların qiymətini aşağı salacaq. Bunun üçün isə "Yuventus”un hücumçusu İquayn zədələnməlidi. Belə ki, İquayn "Yuve”nin heyətində ilk dəfə zədə alanda "Pizza Show” hazırladığı məhsulu əvvəlki qiymətindən aşağı – 1 avroya satacaq.
Qeyd edək ki, Argentina millisinin üzvü Qonzalo İquayn yay transfer dönəmində "Napoli”dən "Yuve”yə keçməklə, Neapolluları qıcıqlandırıb. O, 90 milyon avro qarşılığında "qoca sinyora”ya transfer olunub.