Fransa millisinin və "Yuventus”un ulduz futbolçusu Pol Poqbanın meneceri Mino Rayola müştərisi haqqında gəzən transfer söz-söhbətlərinə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, məşhur futbolçuların meneceri olan Rayola sosial şəbəkə hesabı vasitəsiylə Poqbanın hər-hansı komanda ilə anlaşmadığını açıqlayıb.
Menecer sözügedən statusunda jurnalistlərə də söz atmağı unutmayıb. O, Poqba haqqında tez-tez transfer xəbəri ortaya atan jurnalistləri tutuquşu adlandırıb.
Qeyd edək ki, İngiltərə və İtaliya mediası Poqbanın "Mançester Yunayted”lə anlaşdığını və yaxın günlərdə tibbi müayinədən keçəcəyini iddia edir. Lakin bu günlərdə "Real”ın baş məşqçisi Zinəddin Zidanın verdiyi açıqlama səs-küyü daha da artırıb. Zidan həmyerlisindən imtina etmədiyini və avqustun 31-nə qədər futbolçunun "Real”a keçidinin mümkün olduğunu vurğulayıb.