İsveç milli komandasının sabiq üzvü Zlatan İbrahimoviç yenicə tranfser olunduğu "Mançester Yunayted” klubuna külli miqdarda xeyir verib.
Newsport.az-ın məlumatına görə, bu gəlir İbranın forma satışından əldə olunub. İngiltərə mətbuatı iddia edir ki, bir həftə ərzində 34 yaşlı futbolçunun çox sayda forması satılıb ki, klub bu şatışdan 91 milyon avro qazanc əldə edib.
Qeyd edək ki, İbrahimoviç bir neçə gün öncə iddialı açıqlama vermişdi. O, klubun onun formasının satışından əldə edəcəyi gəlirlə Pol Poqbanı transfer edə biləcəyini vurğulamışdı.
Xatırladaq ki, "Yuventus”un ulduzu Pol Poqbanın transfer qiymətinin 120 milyon avro olduğu bildirilir.