İtaliya milli komandasının sabiq üzvü Kristian Vieri yenidən yaşıl meydanlara qayıdır.
Newsport.az-ın məlumatına görə, bu barədə 43 yaşlı veteran futbolçunun özü məlumat verib.
O, qeyd edib ki, yeni iş yeri Çində olacaq: "5 ay bundan əvvəl 101 kilo idim. İndi isə 91 kiloyam. 2 kilo daha çəki verməliyəm. Və bundan sonra özümüzü hazır hiss edəcəm. Çinə getməyə hazırlaşıram".
Qeyd edək ki, "Atletiko", "Yuventus", "Fiorentina" və "Latsio" kimi klubların şərəfini qorumuş Vieri futbolçu karyerasını 2009-cu ildə başa vurub.