İspaniyanın "Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone komandadan ayrıldıqdan sonra çalışa biləcəyi ölkələrin adını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Argentinadan olan təcrübəli mütəxəssis gələcək illərdə İtaliya və İngiltərədə çalışmağın əleyhinə olmadığını vurğulayıb: "Hələ ki, yaşım azdı və gənc mütəxəssisəm. Gələcək illərdə başqa çempionatlarda çalışa bilərəm. Daha doğrusu, İngiltərə Premyer Liqası və İtaliya A Seriyası daha çox diqqətimi cəlb edir”.
Simeone komandasının gələcək mövsüm üçün davam edən hazırlıqları barədə də söz açıb: "Çox güclü komandayıq və böyük ümidlərimiz var. Mövsümöncəsi çox yaxşı hazırlaşırıq. Ümid edirəm ki, yeni mövsümdən bütün potensiallarımızı meydanda ortaya qoya biləcəyik”.
Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko”nu çalışdırır.