"Yuventus" futbol tarixinin ən bahalı 3-cü transferini reallaşdırdı

Son İtaliya çempionu "Yuventus"un "Napoli"nin hücumçusu Qonsalo İquainin transferində razılığa gəldiyi haqda məlumat vermişdik.
 
Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi "Napoli"nin hücumçusu Qonsalo İquainin transferini həll edib. 28 yaşlı forvardın transferi "Yuventus"a 90 milyon avroya başa gəlib Argentina millisinin hücumçusu "Yuventus"la 4 illik müqavilə imzalayıb.
 
Qonsalo İquanin transferi futbol tarixində ən bahalı 3-cü transfer olub.
 
Qeyd edək ki, ən bahalı transferlər Qaret Beyl (100 milyon avro) və Kristiano Ronaldodur. (94 milyon avro).




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right