Son mövsümü icarə əsasında "Neftçi”də keçirən Fereyra Silva Ailtonun gələcək karyerasına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, müqavilə ilə Braziliyanın "Fluminense” klubuna məxsus olan 21 yaşı futbolçu "Neftçi”yə qayıtmayacaq. Belə ki, "ağ-qaralar” perspektivli futbolçunu heyətinə qaytarmağa çalışsa da, bu, alınmayacaq.
Keçidin baş tutmamasına səbəb Ailtonun yeni komanda tapmasıdı. Gənc futbolçu karyerasını Portuqaliyada davam etdirəcək. O, Portuqaliya Premyer Liqasında mübarizə aparan "Estoril Praya” klubu ilə anlaşıb. Futbolçu "Netçi”də olduğu kimi, yeni klubunda da 1 illik icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ailton ötən mövsümün əvvəllərində "Neftçi”yə cəlb olunmuşdu. O, "ağ-qaralar”ın heyətində 31 matçda iştirak etmişdi.
