Klublarımızın UEFA reytinq cədvəlindəki mövqeyi

Avrokubokların ikinci təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan klublarının da UEFA reytinqindəki mövqelərində bir sıra dəyişiklər olub.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasında Lüksemburq "Düdelanj"ını mübarizədən kənarlaşdıran "Qarabağ" yenə də Azərbaycanın ən yaxşı göstəriciyə malik komandasıdır.

Belə ki, 14,075 reytinq xalı olan Ağdam klubu 116-cı pillədə qərarlaşıb. "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqibi - Çexiya "Viktoriya"sı isə 36,075 xalla 48-ci sıradakı mövqeyini qoruyub.

Avropa Liqasında Gürcüstan "Samtredia"sının ardından Macarıstan MTK-sını hər iki oyunda məğlub edərək, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan "Qəbələ" ölkəmizin ən yaxşı göstəriciyə malik üçüncü komandasıdır. Bu klub 9,325 xala malik "Neftçi"dən (156-cı yer) geri qalır. Belə ki, Roman Qriqorçukun çalışdırdığı kollektivin hesabında hazırda 6,325 reytinq xalı var. "Qəbələ"nin hazırda 199-cu pilləyə qədər yüksəldiyini də qeyd edək. Komandanın növbəti rəqibi - Fransanın "Lill" klubu isə 19,716 xalla 86-cı pillədədir.

"Neftçi" kimi, mübarizəni Avroliqanın ikinci təsnifat mərhələsində dayandıran "Kəpəz" 3,575 xalla 309-cudur. Gəncə klubu "İnter"dən (5,575 xalla 216-cı) və "Xəzər Lənkəran"dan (4,075 xalla 286-cı) geri qalır. Ən zəif göstəriciyə malik təmsilçimiz isə "Bakı"dır - 3,325 xalla 319-cu pillə.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right