Türkiyə PTT I Liqasında mübarizə aparan "Dənizlispor" klubu Alfred Sankoh transferini rəsmən açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Syerra Leone millisinin üzvü qarşıdakı mövsümü Dənizli təsmilçisinin uğurları üçün çalışacaq. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Son olaraq "Balıkəsirspor" komandasında forma geyinən futbolçu iləmünasibətlər bu gün rəsmiləşib.
Qeyd edək ki, Sankoh 2014/15 mövsümündə hazırda fəaliyyətini dayandıran "Xəzər Lənkəran"ın uğurları üçün çalışıb.