“Beşiktaş” Mario Qomezin yerini onunla doldurur: Rəsmi təklif göndərildi

Son Türkiyə çempionu "Beşiktaş” Almaniya millisinin forvardı Mario Qomezin gedişindən sonra hücumda yaranan boşluğu doldurmaq üzrədi. 
Newsport.az-ın məlumatına görə, "qara qartallar” bunun üçün İsveçrə millisinin üzvü, hazırda Türkiyənin "Kasımpaşa” klubunda forma geyinən Eren Derdiyoka rəsmi təklif göndərib. 
 
Bu barədə "Kaşımpaşa” prezidentinin vəkili Hasan Hilmi Öksüz məlumat verib. O, bildirib ki, "Beşiktaş” Derdiyok üçün bu gün "Kasımpaşa”ya rəsmi təklif göndərib.  Klub rəsmisi yekun qərarın yaxın günlərdə veriləcəyini vurğulayıb. 
 
Qeyd edək ki, 28 yaşlı Derdiyok ötən mövsüm Türkiyə Superliqasında keçirdiyi 31 oyunda 13 qol vurmağı bacarıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right