“Atletiko”dan İquayn və İkardi açıqlaması

Madrid "Atletiko”sunun prezidenti Enrike Kerezo Qonzalo İquayn və Mauri İkardi kimi məşhur hücumçuların adının "Atletiko” ilə birgə hallanmasına münasibət bildirib. 
 

Newsport.az -ın məlumatına görə, klub rəsmisi adıçəkilən futbolçularla danışıqlar aparmadıqlarını açıqlayıb: "İquayn və İkardi ilə danışıq aparmırıq. Həmçinin, Karlos Bakkanın da xidmətində maraqlı deyilik.  İtaliya çempionatından hücumçu almayacağıq”. 
 
Klub prezidenti hücumdakı boşluğu komandanın sabiq futbolçusu Dieqo Kosta ilə doldura biləcəklərini deyib: "Diqo Kosta ilə danışmışıq. Onu "Atletiko”ya qaytarmaq üçün çalışırıq və buna çox yaxınıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right