"Real"ın sabiq futbolçusu içki aludəçisi olub: "14 şüşə pivə içdim, İsa peyğəmbəri gördüm"

Bir vaxtlar "Real" və "Roma" kimiməşhur komandalarda oynamış, son mövsümü isə Türkiyənin "Sivasspor" komandasında keçirən braziliyalı futbolçu Çiçinyo maraqlı açıqlamalar verib. 
 
Newsport.az -ın məlumatına görə, "ESPN Braziliya"ya danışan 36 yaşlı futbolçu son zamanlar içkiyə meyl etdiyini açıqlayıb. O bildirib ki, bir müddətdi ki, kütləvi şəkildə sportli içkilər qəbul edir: "Çox ağır bir dönəm keçirirəm. 1-2 şüşə deyil, özmdən gedənə qədər içirəm. Bu şəkildə davam etsəm öləcəyəm. 18 şüşə kokteyl və 14 ədəd pivə içdim, qarşımda İsa peyğəmbəri gördüm". 
 
Təcrübəli sağ cinah müdafiəçisi bir müddət formasını geyindiyi Braziliya millisinin gələcəyi haqqında danışıb: "İndiki futbolçular ancaq "selfie" çəkdirmək haqqında düşünür. Ayıb olsun! Futbolçuları yalnız saç düzümləri maraqlandırır.  Braziliya millisinin daha ciddi insanlara ehtiyacı var".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right