“Real”dan ayrılan futbolçu “Milan”la anlaşdı

İspaniya millisinin sabiq üzvü Alvaro Arbeloanın yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib. 
 

Newsport.az -ın məlumatına görə, 33 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirəcək. İtaliya mətbuatının yaydığı məlumata görə, Madridin "Real” klubundan ayrılan futbolçu "Milan”la razılıq əldə edib. Təcrübəli futbolçunun milanlılarla 1+1 illik müqavilə imzalayacağı gözlənilir. 
 
Qeyd edək ki, Arbeloa 2009-cu ildən "Real”da çıxış edirdi. Onun karyerası ərzində "Deportivo” və "Real” kimi komandalarda oynadığını da diqqətinizə çatdıraq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right