Hərbi çevrilişə cəhd möhtəşəm oyunu təxirə saldı

Türkiyədə baş verən siyasi proseslər artıq idmana da təsirini göstərir.
Newsport.az-ın məlumatına görə, bu gün Antalyada "Samuel Eto`o fondu”nun yaradılmasının 10-cu ildönümü ilə bağlı matç təxirə salınıb.
Buna səbəb dünən axşamdan bəri qardaş ölkədə baş verən siyasi proseslərdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilən oyun təhlükəsizlik tədbirləri səbəbindən bu gün baş tutmayacaq. 
Qeyd edək ki, bu görüşdə dünya ulduzlarından Lionel Messi, Eden Azar, Didye Droqba və Arda Turanın da iştirakı nəzərdə tutulmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right