Gökdəniz Qaradəniz Şeydayevin “Trabzonspor”da uğur qazanacağına inanır FOTO

Türkiyə millisinin sabiq üzvü, hazırda karyerasını Rusiyanın "Rubin” klubunda davam etdirən Gökdəniz Qaradəniz "Zenit”dən ayrılan futbolçu Ramil Şeydayevin Türkiyənin "Trbazonspor” komandasına keçidinə münasibət bildirib. 
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi bu məsələ haqqında şəxsi "twitter” səhifəsində söz açıb. Qaradəniz əslən Azərbaycandan olan hücumçunun "Trabzonspor”da uğur qazanacağına inandığını bildirib: 

"Ramil gənc və prspektivli futbolçudu.O, uzun müddət "Trabzonspor”a xidmət edəcəkdir. Hər iki tərəf üçün xeyirli olsun”. 
Qeyd edək ki, hazırda AFFA ilə danışıqlar aparan və milli komandamızda oynamağa razılıq verən 20 yaşlı hücumçu Trabzon təmsilçisiylə 4 illik müqavilə imzalayıb. 

 

Gökdəniz Qaradəniz Şeydayevin “Trabzonspor”da uğur qazanacağına inanır - FOTO

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right