“Barselona”dakı gələcəyiylə bağlı hər gün yeni iddialar ortaya atılan Arda Turana fantastik təklif gəlib.
Newsport.az -ın məlumatına görə, “Arsenal” və Dortmund “Borussiya”sının da gündəmində olan türkiyəli yarımmüdafiəçiyə Çin klublarından biri ildə 20 milyon avro təklif edib. Ancaq meneceri Ahmet Bulut Ardanın “Barsa”da qalmaq istədiyini bildirərək, təklifi geri çevirib.