"İnter"in futbolçusu "Roma"da

"Roma" yeni mövsüm öncəsi heyətini gücləndirib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "canavarlar" "İnter"dən Juan Jesusu transfer edib.

Braziliyalı müdafiəçi gələn mövsüm icarə əsasında "Roma"da oynayacaq. Paytaxt təmsilçisi bu keçid üçün "İnter"ə 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2012-ci ildən "İnter"də çıxış edən Juan keçirdiyi 102 oyunda cəmi 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right