Eder qərarını açıqladı: "Qalatasaray"a keçirmi?

Fransada təşkil olunan Avropa çempionatının finalında qol vuran və Portuqaliya millisinin qızıl medallara sahib olmasında böyük rol oynayan Eder gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. 
 
Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçu Fransanın "Lill" komandasından ayrılmayacağını bildirib: "Avropa çempionatında qalib olduğumuz üçün bir neçə təbrik zəngi qəbul etmişəm. Hər kəs bizi təbrik edir. Bu günə qədər heç bir klub rəsmisi transfer məsələsinə görə mənimlə əlaqə saxlamayıb. "Lill"lə 4 illik müqaviləm var və müqaviləmin sonuna qədər komandada qalmaq istəyirəm". 
 
Qeyd edək ki, Türkiyə mətbuatı futbolçunun "Qalatasaray"la danışıqlar apardığını iddia edir. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right