Mərakeş milli komandasının üzvü, 2014-cü ildən bu yana Münhenin "Bavariya” komandasının uğurları üçün çalışan Mehdi Benatia karyerasını İtaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu son İtaliya çempionu "Yuventus”la anlaşıb. Mərkəz müdafiəçisi bu gün yeni klubunda tibbi müayinədən keçmək üçün Turinə gedib. Onun yaxın günlərdə”qoca sinyora” ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Benatia karyerası ərzində "Marsel”, "Tur”, "Loryen”, "Klermont”, "Udineze” və "Roma” kimi komandalarda forma geyinib.