Türkiyə millisinin və "Barselona"nın futbolçusu Arda Turanın meneceri Əhməd Bulud müştərisinin gələcək karyerası haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, FİFA agenti təcrübəli yarımmüdafiəçinin Kataloniya klubundan ayrılmayacağını bildirib. O qeyd edib ki, Arda "Barselina"da özünü xoşbəxt hiss edir: "Ardaya böyük maraq olmasını norma qarşılamaq lazımdı. "Barselona"dan ayrılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arda "Barsa"da özünü xoşbəxt hiss edir".
Qeyd edək ki, İngiltərə mətbuatı yarımmüdafiəçinin "Çelsi", "Arsenal" və "Borussiya" (Dortmund) kimi klubların transfer gündəmində olduğunu iddia edir.