Son Türkiyə çempionu "Beşiktaş”ı daha bir futbolçu tərk etməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, söhbət Argentina millisinin üzvü Xose Sosadan gedir.
31 yaşlı təcrübəli yarımmüdafiəçi şəxsi "twitter” hesabında ayrılıq qərarı aldığını vurğulayıb. O, bildirib ki, Türkiyə baş verən sonra terror hadisələrini özü və ailəsi üçün təhlükə sayır və bu səbəbdən də komandanı tərk etmək haqqında qərar qəbul edib.
Qeyd edək ki, Sosa 2014-cü ildən "qara qartallar”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində keçirdiyi 55 oyunda 12 qol vurmağı bacarmışdı.