Rusiyanın 21 yaşadək futbolçulardan ibarə milli komandasının Azərbaycan əsilli futbolçusu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor” klubuna keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, "Zenit”dən ayrılan 20 yaşlı hücumçu "Trabzonspor” klubu ilə 4 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, əslən Kürdəmirdən olan Şeydayev hazırda AFFA ilə danışıqlar aparır. O, milli komandamızda oynamaq istəyir.