Kolumbiyalı hücumçunun “Qalatasaray”a keçidi baş tutmadı

Kolumbiya millisinin sabiq üzvü Uqo Rodalleqanın "Qalatasaray” klubuna keçidi baş tutmayıb. 
 

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu ötən mövsüm formasını geyindiyi "Akhisar” komandasında qalacaq. 
 
Bu barədə məlumatı "Akhisar”ın baş məşqçisi Cihat Arslanməlumat verib. O, bildirib ki, Rodalleqa gələn mövsümdə də komandanın uğurları üçün çalışacaq: "Rodalleqa sabah Akhisara gələcək və komandamızın düşərgəsinə qoşulacaq.  O, bu il də bizim komandamızın yanında olacaq”. 
 
Qeyd edək  ki, Türkiyə mətbuatı "cim bom”un bu trasnferə görə 2 milyon avro ödədiyini iddia edir. "Vikipedia” səhifəsində də Rodalleqanın "Qalatasaray”a məxsus futbolçu olduğu göstərilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right