Almaniyanın "Bavariya” komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Pep Qvardiolanın "Mançester Siti”yə gdişindən sonra boş qalan baş məşqçi postu son olaraq "Real”ı çalışdırmış Karlo Ancelottiyə tapşırılıb. İtaliyalı mütəxəssis bu gün Münhen klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 57 yaşlı təcrübəli mütəxəssis məşqçilik karyerası ərzində "Reccina”, "Parma”, "Yuventus”, "Milan”, "Çelsi”, PSJ və "Real” kimi komandaları çalışdırıb.