Argentina milli komandasının və İtaliyanın "İnter” klubunun aparıcı futbolçusu Mauro İkardi Madridin "Atletiko” komandasından rəsmi təklif alıb.
Newsport.az-ın məlumatına görə, bu barədə futbolçunun həyat yoldaşı və meneceri Vanda Nara "La Gazzetta dello Sport”a açıqlamasında məlumat verib.
O bildirib ki, təkliflərə baxmayaraq İkardi "İnter”i tərk etməyəcək: "Bəli, "Atlrtiko” İkardi üçün "İnter”ə rəsmi təklif öndərib. Ancaq həyat yoldaşımın Milanı tərk etməsi çox çətin məsələdi. O, "İnter”də qalmaq istəyir. Mauro bu komandanın kapitanıdı və burada çox xoşbəxtdi. Sizi əmin edə bilərəm ki, biz Milandan ayrılmayacağıq”.
Qeyd edək ki, İkardi 2013-cü ildən "İnter”in uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 88 oyunda 47 qol vurmağı bacarıb.