İtaliyanın "İnter" klubu heyətinə yeni futbolçu cəlb edib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi "Sevilya"nın yarımmüdafiəçini Ever Baneqanı alıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, E.Baneqa ötən mövsüm İspaniya çempionatında oynadığı 25 oyunda 5 qol vurub və 3 qol ötürməsini verib.