"Sampdoriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, komandanı yeni mövsümdən Marko Campaolo çalışdıracaq.
O, bu vəzifədə bir müddət öncə "Milan"ın baş məşqçisi təyin olunan Vinçenzo Montellanı əvəzləyib.
Qeyd edək ki, "Sampdoriya" ötən mövsüm İtaliya A Seriyasını 15-ci pillədə başa vurub.
qol.az