İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Cennaro Qattuzo Qazaxıstan millisində çalışmaqdan imtina edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın "Astana" klubunun italiyalı baş meneceri Marko Trabukki sports.kz saytına müsahibəsində deyib.
O, Qattuzoya millini çalışdırmağı təklif etdikərini, ancaq sabiq dayaq yarımmüdafiəçisinin bundan imtina etdiyini deyib: "Onunla danışıqları mən aparırdım. Burda gizlədiləcək bir şey yoxdur. Danışıqlar çox uzun çəkdi. Yekunda Qattuzo ailə və futbol səbəblərini önə çəkərək bu təklifdən imtina etmək qərarı verdi. Avropada hələ başa düşmürlər ki, o bu il nələr edib. Axı o, "Piza" komandasının B Seriyasına çıxarmaqla möcüzə edib. Onun üçün komandası onun uşaqlarıdır. Qattuzo Qazaxıstan Futbol Federasiyasının təklifindən imtina etdi və bu barədə ora məktub göndərdi".
Qeyd edək ki, Cennaro Qattuzo hazırda İtaliyanın "Piza" klubunu çalışdırır. Son mövsümdə İtaliyanın II dəstəsində mübarizə aparan komanda B Seriyasına vəsiqə qazanıb.