Fransada təşkil olunan Avropa çempionatında çıxışını davam etdirən Almaniya milli komandası gözlənilməz ikti ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, Bundestimin əsas hücumçusu Mario Qomez üçün turnir erkən başa çatıb.
Almaniyanın yüksək tirajlı bild nəşri iddia edir ki, yarımfinal uğrunda ötən gün İtaliya milli komandası ilə qarşılaşmada zədə alan təcrübəli hücumçu bu gün tibbi müayinədən keçib. Həkimlərin rəyinə görə 30 yaşlı hücumçu qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, son mövsümü icarə əsasında Türkiyənin "Beşiktaş” komandasına forma geyinən "Fiorentina”nın hücumçusu Avropa çempionatında 2 qol vurmağı bacarmışdı.