Fransada təşkil olunan AVRO-2016-da 1/4 finalın oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.
Turnirin iki favorit komandası - Almaniya və İtaliya milliləri münasibətlərə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa - İslaniya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir. Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.
2 iyul
23:00. Almaniya - İtaliya - 1:1 (penaltilər - 6:5)
Qol: Məsut Özil, 65 (1:0), Bonucci, 78-pen. (1:1)
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)