"Qalatasaray"ın ötən mövsüm "İnter"ə icarə əsasında göndərdiyi futbolçusu Aleks Tellesin yeni klubu məlum olub.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı braziliyalı müdafiəçi kariyerasını Priney yarımadasında davam etdirəcək.
Portuqaliyanın "Portu" klubu Telles qarşılığında "cim bom"a 6,5 milyon avro təklif edib. Uzun müddət davam edən danışıqlardan sonra tərəflərin razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, İstanbul təmsilçisinin oyunçuya qoyduğu qiymət 8,5 milyon avrodur