"Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Türkiyənin "Göztəpə” klubundan ayrılmaq üzrədi.
Newsport.az-ın məlumatına görə, Surinam əsilli futbolçu karyerasını vətəndaşı olduğu Hollandiyada davam etdirəcək. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, "Göztəpə” klubu Leroyun xidmətində maraqlı olsa da, futbolçu komandadan ayrılmaq qərarını qətiləşdirib. O, artıq Hollandiya klublarından biri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Leroyun "Göztəpə” ilə növbəti mövsümün sonuna qədər müqaviləsi var. Corc "Göztəpə”də qalmaq üçün aylıq maaşının 1 milyon 250 min türk lirəsindən 900 minə endirilməsini qəbul etməlidi ki, deyəsən, bu təklif futbolçunu razı salmayıb.