21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşın yeni iş yerinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, son olaraq İzmirin "Altınordu” klubunun şərəfini qoruyan futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi II liqada mübarizə aparan "Ümraniyəspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. Timur İstanbul klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Təməltaş 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 1 rəsmi oyunda meydana çıxıb