Fransada təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq İtaliya millisi çətin vəziyyətlə üzləşib.
Newsport.az-ın məlumatına görə, baş məçşqi Antonio Kontenin əsas güvəndiyi oyunçulardan olan Daniele De Rossi zədə səbəbindən almanlarla vacib oyunu buraxmalı olacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Roma"nın futbolçusu millinin son məşqində iştirak etməyib.
De Rossinin mövqeyində oynayan Tyaqo Mottanın və əsas heyətin digər üzvü Antonio Kandrevanın isə cəzalı olması, Konteni çətin vəziyyətlə üz-üzə qoyub.
Qeyd edək ki, İtaliya - Almaniya oyunu iyulun 2-də, saat 23:00-da start götürəcək.