“Milan”ın yeni baş məşqçisinin adı rəsmən bəlli oldu

İtaliyanın "Milan" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytı həmin mütəxəssisin Vinçentso Montella olduğunu xəbər verib.
 
42 yaşlı italiyalı çalışdırıcı bu postda həmyerlisi Kristian Brokkini əvəzləyib. Montella ilə 2 illik müqavilə imzalanıb. Ancaq anlaşmanın maddi tərəfi açıqlanmır.
 
Xatırladaq ki, Montella bunadək "Sampdoriya", "Fiorentina", "Katanya" və "Roma" klubunu çalışdırıb. "Milan" ötən çempionatda 7-ci pilləni tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right