“Barselona”dan ayrılan Dani Alveşin “Yuventus”a keçidi rəsmiləşib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi Turin təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Barselona”da 8 il oynayan 33 yaşlı Alveş 391 rəsmi oyuna çıxıb və 21 qol vurub.