Braziliya milli komandasının üzvü Daniel Alveşin İtaliyanın "Yuventus” klubuna keçəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, "Barselona”dan ayrılan futbolçu artıq "Yuve” ilə müqavilə imzalamaq üzrədi.
Belə ki, təcrübəli müdafiəçi bu gün yeni komandasında tibbi müayinədən keçmək üçün tibbi müayinədən keçib. Futbolçunun bugünlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Dani Alveş azad futbolçu kimi Turin klubuna keçəcək.