“Avro-2016”nın 1/8 final mərhələsi davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilir.
Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkib. Matçın 2-ci dəqiqəsində hesabda geri düşən fransızlar fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.
Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi almanların qələbəsi ilə başa çatıb - 3:0. Yoahim Lövün komandası 1/4 finala yüksəlib.
Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gəlib. Bu görüşdə rəqibinə 4 cavabsız qolla qalib gələn Belçika 1/4 finala vəsiqəni təmin edib.
26 iyun
1/8 final
23:00. Macarıstan - Belçika - 0:4
Qollar: Alderveyreld, 10 (0:1), Miçu Batşuayi, 78 (0:2), Eden Azar, 80 (0:3), Yannik Karrasko, 90+1 (0:4)
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson
Tuluza, şəhər stadionu
20:00. Almaniya - Slovakiya - 3:0
Qol: Boatenq, 8, Qomez, 43, Draksler, 63
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu
17:00. Fransa - İrlandiya - 2:1
Qollar: Robert Bredi, 2-pen (0:1), Antuan Qrizman, 58 (1:1), 61 (2:1)
Qırmızı vərəqə: Şeyn Daffi, 66 (İrlandiya)
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov
Lion, şəhər stadionu