"Avro-2916"da C qrupunda bir xal belə ala bilməyən Ukrayna millisinin baş məşqçisi Mixailo Fomenko istefa verib.
Newsport.az-ın məlumatına görə, Ukrayna Futbol Federasiyasının rəsmi internet səhifəsinin verdiyi məlumata görə Fomenko ona tapşırlan işin öhdəsindən gələ bilmədiyi üçün qalmaq istəmədiyini bildirib :" Lazımsız nəticələrə görə məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm. Üzərimə düşən işin öhdəsində gələ bilmədimsə, qalmağın mənası nədir? Ukrayna Futbol Federasiyasına mənə yaratdıqları şəraitə görə təşəkkürümü bildirirəm. Ukrayna azarkeşlərindən də gözlədikləri nəticəni verə bilmədiyimiz üçün üzr istəyirəm."
Xatırladaq ki, Ukrayna millisi "Avro-2016"da Almaniyaya və Şimali İrlandiyaya 0-2, Polşa millisinə isə 0-1 hesabı ilə məğlub olaraq qrupu qol vurmadan son sırada bitirib.